Bakıda sevgilisini qaçırmaqda təqsirli bilinən gənc və ona kömək edən dostunun apellyasiya şikayəti üzrə məhkəmə baxışı başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi bu gün yekun qərarını elan edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən həm təqsirləndirilən şəxslər - Fikrət Əliyev və Ülvi Səmədov, həm də qaçırılan qız apellyasiya şikayəti vermişdilər.
F.Əliyevin vəkili Ruzi Səmədov və Ü.Səmədovun vəkili Anar Məmişov son çıxışlarında ortada adam oğurluğuna cəhd cinayətinin olmadığını, zərərçəkmiş şəxsin də şikayətində bunu təsdiq etdiyini deyərək müvəkillərinə bəraət verilməsini istəyiblər.
Xəbəri rus dilində oxuyun: Невеста простила, а закон - нет - финал бакинской драмы
Həm birinci, həm də apellyasiya instansiyasında ifadə verən 19 yaşlı zərərçəkmiş Leyli ( ad şərti) də təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, hətta Fikrəti sevdiyini, azadlığa buraxılan kimi evlənmək istədiklərini deyib.
Bu gün apellyasiya instansiyası hökmü dəyişib.
Qərara əsasən, Fikrətin şikayəti təmin edilməyib. Onun əvvəlki məhkumluğu da (residiv) nəzərə alınaraq 8 illik həbs cəzası qüvvədə saxlanılıb. Amma 6 il 9 ay həbs verilən Ülvi Səmədov məhkəmə zalından azadlığa buraxılıb. Onun cəzası şərti hesab edilib.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər