“Qızıl top”u özümə verərdim, bu oğurluq olmazdı” - Mbappe

qizil-topu-ozume-vererdim-bu-ogurluq-olmazdi
Oxunma sayı: 362

“Real Madrid” və Fransa milli komandasının hücumçusu Kilian Mbappe özünü dünyanın ən yaxşı futbolçusu hesab etməsi və 2026-cı ilin “Qızıl top” mükafatına iddiaları barədə bəyanat verib.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı ulduz hücumçunun fikirlərini Fransanın nüfuzlu “L’Équipe” nəşri yayımlayıb.

Mbappe “Qızıl top”u kimsəyə vermək niyyətində olmadığını vurğulayıb:

“Qızıl top”u kimə verərdim? Onu özümə verərdim və bu, heç də oğurluq olmazdı. Bu, futbolçunun fərdi töhfəsinin nəzərə alındığı fərdi mükafatdır. Arqumentlərə baxanda öz-özümə deyirəm: bəli, bu, ədalətsizlik olmazdı”.

Dünyanın ən yaxşısı olub-olmaması ilə bağlı suala isə fransalı bombardir belə cavab verib:

“Mən həmişə belə düşünürəm, amma bu çox şəxsi məsələdir. Hər kəsin öz fikri var: bəziləri razılaşacaq, bəziləri yox. Bu, mübahisəli mövzudur və hər kəsin mənim kimi düşünməsi məcburi deyil”.

Qeyd edək ki, Mbappe İspaniya çempionatının cari mövsümündə keçirdiyi 4 oyunda artıq 4 qol vurmağa müvəffəq olub. “Kral klubu” növbəti matçını çərşənbə axşamı Çempionlar Liqasının liqa mərhələsinin ilk turu çərçivəsində doğma meydanda Milannın “İnter” klubuna qarşı keçirəcək.