Qızıl yenidən bahalaşdı

qizil-yeniden-bahalasdi
Oxunma sayı: 2652

İyun qızıl fyuçersləri bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bunu “Comex” birjasının məlumatları sübut edir.

Belə ki, Bakı vaxtı ilə saat 17:38-ə olan məlumata görə, qızılın bir troy unsiyasının qiyməti 3438 dollara çatıb.

Qeyd edək ki, ötən həftə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 3 350 dollardan yuxarı qalxmışdı.