“Qoç ət”də dəhşətli hadisə - Qadın ətqarışdırıcı aparatda qalıb öldü

qoc-etde-dehsetli-hadise
Oxunma sayı: 10751

“Qoç ət” KFT MMC-də dəhşətli hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən günorta saatlarında şirkətə məxsus olan Qaradağ rayonu Lökbatan-Puta yolunda yerləşən kəsim sexində xadimə elektrik ətqarışdırıcı qurğunun içində qalıb.

Həmçinin oxuyun: Страшный случай в “Qoç ət” - Женщина застряла в мясорубке и погибла

Belə ki, kəsim sexində çalışan Pirməmmədova Rəqsanə Azad qızı qurğunu təmizləyərkən ətqarışdırıcı qurğu qəfil hərəkətə başlayıb. Nəticədə qadın qurğunun hissələrinin arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam Rza