Bakıdakı “Qoç ət” restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur.
“Qafqazinfo” xəbər verir iki, bu iddianı PR və kommunikasiya üzrə mütəxəssis Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb.
O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restoranda rastlaşıb: “Keçən həftənin beşinci günü ailəmlə metronun “Nərimanov” stansiyası yaxınlığında yerləşən “Qoç ət” restoranına getmişdik. Açığı, həmişə oranın ətinin tərifini eşitdiyimdən, dedim budəfəlik dietanı dayandırım və dönər növlərindən birini yeyim. Təəssüf ki, yeməyin içindən təxminən 20 sm-lik saç teli çıxdığı üçün yeməyi yarıda saxlayıb hesabı istədik. Dönər növlərindən başqa bütün əvvəlki sifarişlərin haqqını ödəyib məkanı tərk etdik.

Düzü, mənim gözləntim o idi ki, “Qoç Ət” kimi sanballı brend hansı ki, öz əti ilə ön plana çıxmaqla yanaşı, hətta Ramazan ayında yalnız iftardan sahura qədər fəaliyyət göstərir - satışdan həmin dönəri dərhal yığışdıracaq. Amma yanılmışam. Çünki çıxanda gördük ki, bu neqativ hal “Qoç Ət” komandasının heç vecinə də deyil. Dönərçi dönər şişində fırlanan eyni ətlə heç nə olmamış kimi işinə davam edirdi. Bu isə o deməkdir ki, növbəti müştərilərin qarşısına təxminən 20 sm uzunluğunda saç teli çıxmasa da, eyni ət onlara servis olunmağa davam edəcək”.
Məsələ ilə əlaqədar restoranla əlaqə saxladıq.
“Qoç ət”dən sorğumuza cavab olaraq bildirildi ki, bu halın yaşanması qeyri-mümkündür: “Bu məlumat barəsində ciddi şəkildə araşdırılma prosesi həyata keçirilir. Sadəcə olaraq deyə bilərik ki, bizim restoranlarda dönərçi vəzifəsində çalışan əməkdaşlar saçları qısa olan kişilərdir və müştərilərə xidmət göstərən ofisiantlar da həmçinin. Bu səbəbdən də 20 sm-lik tükün yeməyə düşməsi qeyri-mümkündür”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər