“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala “Leyptsiq”ə qarşı keçirilən yoldaşlıq oyununda qol vurduqdan sonra huşunu itirib.
“Qafqazinfo” xəbər verir ki, kəskin isti hava şəraiti səbəbindən 23 yaşlı futbolçunun səhhəti matç zamanı qəfil pisləşib.
Məlumata görə, hadisə qarşılaşmanın (münxenlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb) 83-cü dəqiqəsində – Musialanın qol vurmasından dərhal sonra qeydə alınıb.
Xoşbəxtlikdən, komanda yoldaşı İsmayıl Saybari futbolçunun vəziyyətinin pisləşdiyini vaxtında hiss edərək onu yıxılmağa qoymayıb. Həkim heyəti meydançada Musialaya bir neçə dəqiqə ərzində ilk tibbi yardım göstərib. Bundan sonra futbolçu meydanı özü tərk edə bilib və onu Bara Ndiaye əvəzləyib.
Qeyd edək ki, Almaniya KİV-nin verdiyi məlumata görə, ilkin tibbi müayinənin nəticələrinə əsasən, futbolçunun sağlamlığı üçün ciddi təhlükə yoxdur. Yarımmüdafiəçi yaxın günlərdə istirahət edərək gücünü bərpa edəcək.
Son xəbərlər
Son Xəbərlər