Qonşular arasında dava, ölən var - Yenilənib

qonsular-arasinda-dava-olen-var
Oxunma sayı: 5783

Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Sahil küçəsində baş verib. 1979-cu il təvəllüdlü Anar Hüseynov bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Məlumata görə, A.Hüseynov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.

***

Yaralı bir qədər əvvəl xəstəxanada dünyasını dəyişib. Polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Elmar Əli