Qubad İbadoğlu ilə bağlı həbs qərarı verildi - Yenilənib

qubad-ibadoglu-ile-bagli-hebs-qerari-verildi
Oxunma sayı: 15587

Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluya qarşı irəli sürülmüş ilkin ittiham ağırlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Həmçinin oxuyun: “У моего отца гипертония и диабет” - дочь Губада Ибадоглу

Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu barədə partiya sədrinin vəkili Zibeydə Sadıqova məlumat verib. O qeyd edib ki, Q.İbadoğlu bir azdan Nərimanov Rayon Məhkəməsinə çıxarılacaq.

***

Qubad İbadoğlu məhkəməyə gətirilib.

***

Məhkəmə Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Sail Ağasəlim