Qumar üçün 5 ilə 14 dəfə “hə” dedi - 170 min qazanc

qumar-ucun-5-ile-14-defe-he-dedi
Oxunma sayı: 694

ABŞ-nin Las-Veqas şəhərində yaşayan 33 yaşlı Tsyayin Çen qumar asılılığını maliyyələşdirmək üçün müxtəlif kişilərlə saxta nikah bağlamaqla ittiham olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkələrdə tanış olduğu kişilərlə qısa müddətdə evlənib, daha sonra isə Çində xəstə qohumuna kömək etmək bəhanəsi ilə onlardan pul alıb.

Məlumata görə, Çen 2019-2024-cü illərdə saxta sənədlər və müxtəlif adlardan istifadə edərək dəfələrlə nikah bağlayıb.

O bu yolla bəzi şəxslərdən 20-40 min dollar (35-70 min manat), ümumilikdə isə 100 min dollardan (170 min manat) çox vəsait əldə edib.

İstintaq həmçinin müəyyən edib ki, qadın son bir ildə kazinoda 300 mindən çox ABŞ dolları (510 min manat) uduzub.

Polis hesab edir ki, zərərçəkənlərdən aldığı pulları qohumlarına deyil, qumara xərcləyib.