“Qurbanov bundan da artığına layiqdir” - Video

qurbanov-bundan-da-artigina-layiqdir
Oxunma sayı: 3310

“Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la cavab matçından sonra “CBC Sport”a açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi vurduğu qoldan sonra sevincini baş məşqçisi Qurban Qurbanovla bölüşməsi ilə bağlı da danışıb: “Bu, öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını bilirəm. Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurbanov buna, bundan da artığına layiqdir. Çox xoşbəxtəm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Sevincli, çətin oyun oldu”.