Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.
“Qafqazinfo”nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.
Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib.
Qeyd edək ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Sail Ağasəlim