Ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində karyerasının 981-ci qolunu vurub.
“Qafqazinfo” xəbər verir ki, komanda Asiya Çempionlar Liqasının elit mərhələsində Özbəkistanın “Neftçi Fərqanə” klubunu 3:1 hesabı ilə məğlub edib.
Ər-Riyadda keçirilməli olan qarşılaşma təhlükəsizlik xəbərdarlığı səbəbindən bir saat gec başlayıb. Ər-Riyada doğru yönələn ballistik raketin ələ keçirilməsindən sonra sakinlərə evlərində qalmaları tövsiyə olunub. Təhlükəsizliklə bağlı təminat verildikdən sonra oyun keçirilib.
“Əl-Nəsr”in heyətində hesabı Ancel Qabriel açıb. Kriştiano Ronaldo 42-ci dəqiqədə fərqlənərək karyerasındakı qollarının sayını 981-ə çatdırıb.
“Neftçi Fərqanə”nin heyətində Əlişir Odilov 51-ci dəqiqədə qol vurub. Lakin 65-ci dəqiqədə Ekromjon Əlibayev qırmızı vərəqə alaraq meydandan qovulub. 78-ci dəqiqədə isə Ənvərjon Qofurovun avtoqolu “Əl-Nəsr”in qələbəsini rəsmiləşdirib - 3:1.
Son xəbərlər
Son Xəbərlər