Ramil Həsənin deputatlığına xitam verildi - Yenilənib

ramil-hesenin-deputatligina-xitam-verildi
Oxunma sayı: 6919

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, komissiyanın iclasında Ramil Həsənin deputatlıq səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunur.

***

MSK-nın iclasında Ramil Həsənin deputat səlahiyyətinə xitam verilib.

Məsələ səsverməyə qoyularaq qəbul edilib. 

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

Bu gün artıq TÜRKPA-nın Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Er tərəfindən yeni seçilmiş Ramil Həsənə təhvil verilib.

Nuranə Daxilqızı