Ramil Şeydayevdən uzun müddət sonra baxımlı qol - Video

ramil-seydayevden-uzun-muddet-sonra-baximli-qol
Oxunma sayı: 848

Hazırda Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turunda “Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edir.

“Qafqazinfo” xəbər verir ki, gərgin keçən oyunun elə ilk dəqiqələrində Ağdam təmsilçisi üstünlüyü ələ keçirib.

Matçın hələ 4-cü dəqiqəsində “Köhlən atlar”ın təcrübəli hücumçusu Ramil Şeydayev uzun müddətdən sonra rəqib qapısına möhtəşəm qola imza ataraq komandasını hesabda önə keçirib – 0:1.

Qeyd edək ki, qarşılaşma qonaqların üstünlüyü ilə davam edir.