Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verdi

ramiz-mehdiyev-elton-memmedova-vezife-verdi
Oxunma sayı: 17711

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Elton Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:

"Bəli, yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam."

Xatırladaq ki, keçmiş deputat Elton Məmmədov eks-Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.