Ramiz Mehdiyevin oğlu vəzifəsindən azad edildi

ramiz-mehdiyevin-oglu-vezifesinden-azad-edildi
Oxunma sayı: 20094

General-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Artıq T.Mehdiyevin adı FHN-in saytından çıxarılıb. 

Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.

Xatırladaq ki, 50 yaşlı T.Mehdiyev 2014-cü ildən sözügedən vəzifəni icra edirdi.