Ramiz Rövşən mükafat aldı

ramiz-rovsen-mukafat-aldi
Oxunma sayı: 2182


"Qafqazinfo"ya daxil olan məlumata görə, Türk Dünyasının tanınmış şəxsiyyətlərinə xidmətlərinə görə “Türk dünyası elm, mədəniyyət və sənət mükafatları” verilib. Mükafata Azərbaycandan şair Ramiz Rövşən layiq görülüb. Türk coğrafiyasının müxtəlif yerlərindən gəlmiş tanınmış elm, mədəniyyət və ictimai xadimlərinə mükafatlarını təhsil naziri Nabi Avcı və Əskişəhər valisi Güngör Azim Tuna təqdim edib.

Tədbirin ardından keçirilən təntənəli konsert və şənliyin ardından “mədəniyyət paytaxtı” estafeti Tatarıstan mədəniyyət nazirinə təqdim edilmişdir. Mədəniyyət paytaxtı ilk dəfə 2012-ci ildə Astana elan edilib.