“Range Rover”i 200-lə sürdü, cəzalandırıldı - Video

range-roveri-200-le-surdu-cezalandirildi
Oxunma sayı: 8545

Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda avtomobili yüksək sürətlə idarə edən qadın məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı maşını 200 km/saat sürətlə idarə edərək videoya çəkən qadının kimliyi yol polisi tərəfindən müəyyənləşdirilib. Avtomobil saxlanılaraq cərimə meydançasına salınıb.

Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev sorğumuza cavab olaraq bildirib ki, sürücü Axundzadə Əsmər Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb: “Onun barəsində ciddi intizam tədbirləri görülüb. Bir daha bütün sürücülərə və digər yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək”.

Xəbəri rus dilində oxuyun: В Баку от кори скончалась школьница

Qeyd edək ki, Azərbaycanda magistral yollarda maksimal sürət həddi 110-dur.