“Razılaşma olsun və ya olmasın, buna icazə verməyəcəyəm”

razilasma-olsun-ve-ya-olmasin-buna-icaze-vermeyeceyem
Oxunma sayı: 668

“İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu hökumət iclasında deyib.

"ABŞ və ərəb ölkələrinin iştirakı ilə aparılan danışıqların nəticəsindən asılı olmayaraq, buna icazə verməyəcəyəm.

Razılaşma olsun və ya olmasın, mən baş nazir olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq”, - baş nazir qeyd edib.