“Razılaşmasaq, hərbi güc tətbiq edəcəyik” - Tramp

razilasmasaq-herbi-guc-tetbiq-edeceyik
Oxunma sayı: 575

Tehran Vaşinqtona görüş təklifi ilə müraciət edərək danışıqlara hazır olduğunu təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bəyan edib.

“Onlar həm vasitəçilər vasitəsilə, həm də birbaşa görüş xahiş etdilər. Biz görüşəcəyik və bilirsinizmi, bundan yaxşı nə isə alına bilər. Vaşinqton elə hazırda İranla danışıqlar aparır. Razılaşmanın əldə olunma şansını yüksək qiymətləndirsəm də, danışıqlar prosesi uğursuz olacağı təqdirdə ABŞ yenidən hərbi güc tətbiqinə qayıtmağa hazırdır”, – deyə Tramp qeyd edib.

İyulun 27-də “Associated Press” agentliyi mənbələrə istinadən yazıb ki, vasitəçilər ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmaq və Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün əhəmiyyətli irəliləyiş əldə ediblər.

Qeyd olunur ki, vasitəçilik səylərində əsas rolu Qətər və Pakistan oynayır.