“Real” “İnter”ə, “Borussiya” “Vilyarreal”a qarşı - ÇL əsas mərhələsi

real-intere-borussiya-vilyarreala-qarsi
Oxunma sayı: 396

UEFA Çempionlar Liqasında əsas mərhələyə bu gün start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 6 matç keçiriləcək.

Günün mərkəzi qarşılaşması İspaniyada baş tutacaq.

“Real” doğma azarkeşlər önündə İtaliyanın “İnter” komandası ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi I tur

20:45. AEK (Yunanıstan) - LASK (Avstriya);

20:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə);

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya);

23:00. “Portu”(Portuqaliya) – “Mançester Siti” (İngiltərə);

23:00. “Lill” (Fransa) – “Betis” (İspaniya);

23:00. “Real” (İspaniya) – “İnter” (İtaliya).

Xatırladaq ki, I turun digər oyunları sentyabrın 9-10-da baş tutacaq. Azərbaycan təmsilçisi “Sabah” sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.