“Real Madrid” Arbeloanın qarşısına 2 böyük şərt qoydu

real-madrid-arbeloanin-qarsisina-2-boyuk-sert-qoydu
Oxunma sayı: 562

“Real Madrid”in müvəqqəti baş məşqçisi Alvaro Arbeloanın cari mövsümün sonundan sonra da postunda qalmaq şansı yaranıb. Lakin gənc mütəxəssis “kral klubu”nun rəhbərliyi tərəfindən qoyulan iki konkret tələbi yerinə yetirməlidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Məlumata görə, İspaniya Super Kubokunun finalında “Barselona”ya məğlubiyyətdən (2-3) sonra istefaya göndərilən Xabi Alonsonu əvəz edən Arbeloa yaya qədər komandaya rəhbərlik edəcək.

F. Romano bildirib ki, müqaviləsinin uzadılması üçün rəhbərlik Arbeloaya aşağıdakı şərtləri qoyub:

1. Komanda mövsümü ən azı bir mötəbər kubokla başa vurmalıdır;

2. Futbolçularla məşqçi heyəti arasında gərginləşən münasibətlər normallaşmalı, komanda daxilində sağlam mühit bərpa olunmalıdır.

İnsayderin sözlərinə görə, əgər keçmiş müdafiəçi bu vəzifələrin öhdəsindən gələ bilməsə, “Real” rəhbərliyi yayda yeni ulduz məşqçi axtarışına başlayacaq. Hazırda namizədlər arasında bir neçə tanınmış mütəxəssisin adının hallandığı bildirilir.