“Real” onun transferini rəsmiləşdirdi

real-onun-transferini-resmilesdirdi
Oxunma sayı: 1539

“Real” “Liverpul”dan ayrılan Trent Aleksander-Arnoldun keçidini rəsmən açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Futbolçu İspaniya klubu ilə 2031-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb.

Trent 2016-cı ildən etibarən “Liverpul”un əsas komandasında çıxış edirdi. Mersisayd klubunun heyətində müdafiəçi iki dəfə İngiltərə çempionu olub, bütün daxili kubokları, FIFA klublararası dünya çempionatını və UEFA Çempionlar Liqasını qazanıb.