“Regiondankənar qüvvələrin Qafqaz məsələlərində iştirakı qadağandır!”

regiondankenar-quvvelerin-qafqaz-meselelerinde-istiraki-qadagandir
Oxunma sayı: 3297

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “X” hesabında “3+3” təşəbbüsü xarici işlər nazirləri iclasının Tehranda keçirilməsini İranın qonşuluq siyasətinin davamı və tamamlanması istiqamətində böyük addım hesab edib.

“Qafqazinfo” xəbər verir ki, səfir yazıb: “3+3 təşəbbüsü (İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri iclasının Tehranda keçirilməsi İranın qonşuluq siyasətinin davam etdirilməsi və tamamlanması istiqamətində böyük addımdır. Regionçuluq və müxtəlif məqsədlər daşıyan regional mexanizmlərin formalaşması dünya nizamının ortaya çıxmaqda olan xüsusiyyətlərindəndir”.

O, sonda bildirib: “Mesaj: Regiondankənar qüvvələrin Qafqaz məsələlərində iştirakı və müdaxiləsi qadağandır!”