Rəhim Həsənov hakimin doğru qərar verdiyini təsdiqlədi - Video

rehim-hesenov-hakimin-dogru-qerar-verdiyini-tesdiqledi
Oxunma sayı: 1262

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan kubokunun yarımfinalının cavab görüşlərindəki qalmaqallı hakim qərarları ilə bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, federasiyanın saytına açıqlamasında ötən gün baş tutan “Sabah” - “Qarabağ” (2:1) matçında baş hakim Rəvan Həmzəzadənin verdiyi qərarları da şərh edib. 

R. Həsənov matçdakı qırmızı vərəqə və oyunun sonundakı penalti epizodu ilə bağlı baş hakimin verdiyi qərarların doğru olduğunu qeyd edib.