Rəisinin xatirəsinə iclas keçirəcəklər

reisinin-xatiresine-iclas-kecirecekler
Oxunma sayı: 1617

BMT Baş Assambleyasında helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş plenar iclas keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Assambleya prezidentinin sözçüsü Monika Qreyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, plenar iclas mayın 30-u səhər saat 10:00-da üzv dövlətlərin iştirakı ilə keçiriləcək:

“BMT Baş Assambleyasının praktikasına görə, ölümü zamanı dövlət başçısı olan liderin xatirəsinə ehtiram göstərmək üçün xüsusi plenar iclas keçirilir. Bu iclas BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensisin rəhbərliyi ilə baş tutacaq”.