“Neftçi” və “Qarabağ” klublarının əvəzedici heyətləri arasında baş tutan qarşılaşmada qonaq komanda azarkeşlərinin tribunaya buraxılmaması ilə bağlı yaranan müzakirələrə aydınlıq gətirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Qarabağ” azarkeşlərinin “Neftçi” ilə olan oyuna buraxılmaması ortaq qərardır.
Bildirilib ki, bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır.
Belə ki, hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.
Qeyd edək ki, sözügedən qərar komandalar arasında baş tutan Premyer Liqa oyunlarına aid deyil.
***
Əldə etdiyimiz yeni məlumata görə, “Qarabağ” tərəfi yalnız bu gün əvəzedicilərin keçirilən matçında azarkeşlərin meydana buraxılmaması ilə razılaşıb.
Son xəbərlər
Son Xəbərlər