Rəqibini xəstəxanalıq etdi, AFFA ağır cəza verdi - Video

reqibini-xestexanaliq-etdi-affa-agir-ceza-verdi
Oxunma sayı: 742

“Zaqatala”nın futbolçusu Elxan Məmmədov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, ona 6 oyunluq cəza verilib. 

Buna səbəb isə futbolçunun Birinci Liqanın 3-cü turunda “Karvan-Yevlax”la matçda rəqib futbolçuya qarşı etdiyi təcavüzkar davranışdır.

Belə ki, matçın 6-cı dəqiqəsində E.Məmmədov yevlaxlıların 88 nömrəli oyunçusu Brenner Dos Santosa qarşı bilərəkdən kobud oynayıb və braziliyalı oyunçu xəstəxanalıq olub.

O, Təcili Tibbi Yardım avtomobili ilə stadiondan çıxarılıb.