ABŞ Prezidenti Donald Tramp İranla davam edən hərbi gərginlik fonunda Kentukki ştatında keçirilən mitinqdə rəqs etməsi ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri tərəfdarlarına müraciət etdikdən sonra səhnədə məşhur “Village People” qrupunun “Y.M.C.A.” mahnısının sədaları altında özünəməxsus rəqs hərəkətləri nümayiş etdirib.
Mitinq iştirakçıları bu anları alqışlarla qarşılayıb.
Görüntülər Ağ Evin rəqəmsal kommunikasiya platformalarından biri olan “Rapid Response 47” hesabında “Tramp Kentukkidə rəqs edir!” başlığı ilə paylaşılıb. Video qısa müddətdə sosial mediada geniş yayılıb.
Son xəbərlər
Son Xəbərlər