Rəsmi Vaşinqton İranı daha ağır zərbələrlə - Hədələdi

resmi-vasinqton-irani-daha-agir-zerbelerle
Oxunma sayı: 960

ABŞ hökuməti İranı yenidən hədələyib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evin mətbuat katibi Carolyn Livitt bu gün keçirdiyi mətbuat konfransında İranın danışıqlar masasına oturmasının vacibliyini vurğulayıb.

“İran hərbi məğlubiyyətini qəbul etməsə, Prezident Tramp bu ölkəyə əvvəlkindən daha güclü zərbələr endirməyə hazırdır”, - Livitt bəyan edib.

Ağ Evin sözçüsü jurnalistlərə deyib ki, Tehran administrasiyası indiki reallığı qəbul etməlidir: “Biz xəbərdarlıq edirik və İran yenidən vəziyyəti yanlış qiymətləndirməməlidir”.