“Respublika” qəzetinin yeni Baş redaktoru o oldu

respublika-qezetinin-yeni-bas-redaktoru-o-oldu
Oxunma sayı: 4621

“Respublika” qəzetinə yeni Baş redaktor təyin edilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu vəzifəyə Hümbət Musayev təyinat alıb.

O, əvvəllər həmin qəzetin Baş redaktorunun müavini - məsul katib vəzifəsində çalışıb.

Xatırladaq ki, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov mart ayında 90 yaşında koronavirusdan vəfat edib.