Rey Kərimoğlu Mətbuat Şurasının NTK sədri seçildi - Foto

rey-kerimoglu-metbuat-surasinin-ntk-sedri-secildi
Oxunma sayı: 183

Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) yeni tərkibinin ilk iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantını giriş sözü ilə açan komissiya üzvü Rey Kərimoğlu gündəlik barədə məlumat verib.

O bildirib ki, ölkə jurnalistlərinin bu il keçirilmiş IX qurultayında NTK-nın 5 nəfərdən ibarət tərkibi seçilib.

Şuranın Nizamnaməsinə əsasən qurumun sədri və katibi müəyyənləşib.

Rey Kərimoğlu yenidən NTK-nın sədri, Nadir İsmayılov isə katibi seçilib.