RFO qalibləri yerləri tutdu - Keçid balı 697-yə qalxdı

rfo-qalibleri-yerleri-tutdu
Oxunma sayı: 740

ADA Universitetinin Kompüter elmləri ixtisasına keçid balı 697 bal oldu.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

“Ona görə ki, RFO qalibləri ixtisasa tam yerləşdiriliblər. 1 yer qalıb, həmin yerə bu balla qəbul olub və avtomatik keçid balına çevrilib”, - deyə qeyd edilib.

Qeyd edək ki, DİM-in məlumatına görə, bu il ümumilikdə 520 abituriyent ADA Universitetinin tələbəsi adını qazanıb. Həmin şəxslər SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi universitetə qəbul olunublar.