Riçard Almeyda Bakıdadır - Video

ricard-almeyda-bakidadir
Oxunma sayı: 149

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı futbolçu bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.

“Yaxşı övlad doğma evinə qayıdar”, - o, paylaşımında qeyd edib.

Xatırladaq ki, Almeyda 2025-ci ildə “Qarabağ”dan ayrılıb. Təcrübəli futbolçu hazırda Braziliyanın “Primavera” klubunda çıxış edir.