Ronaldo 940-a çatdı - Foto

ronaldo-940-a-catdi
Oxunma sayı: 5899

Portuqaliya millisinin və “Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldo peşəkar karyerasında 940-cı qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, forvard buna Səudiyyə Ərəbistanı çempionatının ilk turunda “Əl-Taavun”la matçda nail olub.

40 yaşlı Ronaldo qarşılaşmanın 54-cü dəqiqəsində penaltidən fərqlənərək 940-cı qolu vurub.

Qeyd edək ki, oyun “Əl-Nəsr”in 5:0 hesablı qələbəsi ilə başa çatıb.