Ronaldo “Əl-Nəsr”dən gedir? - Foto

ronaldo-el-nesrden-gedir
Oxunma sayı: 2499

“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo paylaşımı ilə diqqət çəkib.

“Qafqazinfo”nun məlumatına görə, ulduz futbolçu sosial şəbəkə hesablarında mövsümün bitməsi ilə bağlı paylaşım edib.

“Bu bölüm bitdi. Hekayə? Hələ də yazılır. Hamıya minnətdaram” , - deyə o bildirib.

Portuqaliyalı hücumçunun bu paylaşımı onun “Əl-Nəsr”dən ayrılacağı ilə bağlı iddiaları gücləndirib.

Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanının son matçında uduzaraq üçüncü yeri tutub. Komanda Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

40 yaşlı Ronaldo 2023-cü ildən Səudiyyə təmsilçisində çıxış edir. Onun klubla müqaviləsi bu il iyunun 30-da başa çatır.