Ronaldo millidə 100-cü qolunu vurdu - Video

ronaldo-millide-100-cu-qolunu-vurdu
Oxunma sayı: 2686

Portuqaliya millisi UEFA Millətlər Liqasının 2-ci turunda səfərdə İsveç üzərində 2:0 hesablı qələbə qazanıb.

"Qafqazinfo" xəbər verr ki, Portuqaliya millisinin hər iki qolunu Kriştiano Ronaldo vurub.

İlk hissənin 45-ci dəqiqəsində fərqlənən 35 yaşlı hücumçu eyni zamanda yığmada 100-cü qolunu vurub. O, bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən (109 qol) geri qalır.