Britaniyalı aktrisa Cemma Atkinson Kriştianu Ronaldo ilə ayrıldıqdan sonra ona məşhur futbolçu haqqında mənfi məzmunlu açıqlamalar verməsi üçün böyük pullar təklif olunduğunu etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Key 103” radiosunun efirində danışıb.
“Ayrıldığımız zaman mənə onun haqqında pis nələrsə danışmağım üçün böyük pullar təklif edirdilər. Amma mən bunu istəmirdim”, - aktrisa deyib.
Onun sözlərinə görə, Ronaldo haqqında mənfi bir şey demək üçün heç bir səbəb olmayıb: “Onda pis heç nə yox idi, buna görə də nəsə uydurub ləkələmək mənasız idi”.
Qeyd edək ki, 2007-ci ildə Kriştianu Ronaldo və Cemma Atkinson arasında qısamüddətli sevgi münasibətləri olub. Həmin vaxt Ronaldo “Mançester Yunayted”də çıxış edir, Cemma isə məşhur “Hollyoaks” serialındakı rolu sayəsində İngiltərənin ən parlaq gənc ulduzlarından biri hesab olunurdu. Cütlük mütəmadi olaraq birlikdə ictimaiyyət qarşısına çıxıb və dərhal müzakirə mövzusuna çevrilmişdi.
Hazırda Cemma rəqqas Qorka Markes ilə xoşbəxt ailə həyatı yaşayır, cütlüyün Mia və Tyaqo adlı iki övladı var.
Ronaldo isə 10 ildir model Corcinа Rodrigez ilə birlikdədir. Onların Alana və Bella adlı iki qızları var. Yayda cütlüyün toyunun olacağı bildirilir. Ronaldonun həmçinin surroqat anadan dünyaya gəlmiş Eva Maria və Mateo adlı övladları var.

Son xəbərlər
Son Xəbərlər