Ronaldonun öz-özünə danışması gündəm oldu - Video

ronaldonun-oz-ozune-danismasi-gundem-oldu
Oxunma sayı: 2983

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən-Nəsr” Yaponiyanın “Kavasaki” klubu ilə qarşılaşıb.

Ciddədə keçirilən görüş yaponların 2:3 hesablı üstünlüyü ilə başa çatıb.

Beləliklə də, “Kavasaki” adını finala yazdıraraq Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Əhli”yə rəqib olub.

Matçın başa çatmasından sonra Ronaldonun hərəkətləri gündəm olub. Ulduz forvard məğlubiyyətdən sonra meydançada öz-özünə danışmağa başlayıb.

Onun bu hərəkətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Görüntüləri təqdim edirik: