Səudiyyə Ərəbistanı çempionatında 31-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” səfərdə “Əl-Uxdud”la qarşılaşıb və rəqibini 9 cavabsız qolla məğlub edib. Portuqaliyalı ulduz bu görüşün iştirak ərizəsində yer almayıb. “Əl-Nəsr”in daha bir lideri Sadio Mane isə matçda 4 qol vurub.
Qeyd edək ki, çempionluq şansını itirən “Əl-Nəsr” 63 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.