“Rusiyaya məxsus iki ədəd PUA Moldova ərazisində qəzaya uğrayıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rəsmi Kişinyovun açıqlamasında bildirilib.
Qeyd olunub ki, PUA-lar Moldova hava məkanını pozaraq onun ərazisinin dərinliklərinə düşüb və əhali üçün təhlükə yaradıb.
Yerli polisin bildirdiyinə görə, pilotsuz təyyarələr ölkənin şimalındakı Borosenii Noi və cənubundakı Firladeni kəndlərində tapılıb.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.