Rusiya nümayəndə heyətinin üzvünün G20 sammiti öncəsi keçirilən tədbirlərə buraxılmaması Moskva ilə Vaşinqton arasında diplomatik gərginliyi artırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski ABŞ-yə rəsmi demarş elan edildiyini açıqlayıb.
Diplomatın sözlərinə görə, vizası olan nümayəndə heyəti üzvü “texniki səhv” bəhanəsi ilə tədbirdən kənarlaşdırılıb:
“Məlum oldu ki, nümayəndəmiz bütün razılaşdırma mərhələlərindən keçməyib. Bu xoşagəlməz hadisə göstərdi ki, amerikalılar onlara həvalə edilmiş sədrlik funksiyalarını tam dürüstlüklə yerinə yetirmək iqtidarında deyillər”.
Qeyd edək ki, sözügedən insident ABŞ Prezidenti Donald Trampın Vladimir Putini G20 sammitinə dəvət etməyi planlaşdırdığı barədə xəbərlərin fonunda baş verib. Lakin Tramp hələlik rusiyalı həmkarına rəsmi dəvət göndərmədiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər