“Rusiya aktivlərinin mənimsənilməsi soyğunçuluqdur”

rusiya-aktivlerinin-menimsenilmesi-soygunculuqdur
Oxunma sayı: 577

“Rusiya aktivlərinin soyğunçuluğa məruz qalmasının fəsadları ağır olacaq və Avrozonaya zərbə vuracaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında danışıb.

“Oğurluq - uyğun ifadə deyil. Oğurluq - əmlakın gizli şəkildə mənimsənilməsidir, bizdən isə bunu açıq şəkildə etməyə çalışırlar - bunun adı soyğunçuluqdur. Bunu etmək elə də asan deyil. Onlar bizim aktivlərimizdən girov kimi istifadə edərək kredit vermək istəyirlər”, -  o deyib. 

Putinin sözlərinə görə, bu, təkcə Avrozonanın imicə zərbə vurmayacaq, həm də onlara olan etimadı sarsıdacaq.