Hazırda Moskvanın bir neçə hava limanında məhdudiyyətlər var.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Domodedovo”, “Vnukovo”, “Jukovski”, “Nijni Novqorod”, “İvanovo”, “Tambov” və “Kaluqa” hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Məlumata görə, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.