“Rusiya bu raketin sınaqlarını davam etdirəcək” - Video

rusiya-bu-raketin-sinaqlarini-davam-etdirecek
Oxunma sayı: 2095

“Rusiya düşmənin fəaliyyətinə cavab olaraq “Oreşnik” raket kompleksinin döyüş sınaqlarını davam etdirəcək”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Ukrayna dəfələrlə Moskva və Sankt-Peterburqda hədəflərə hücum etməyə cəhd edib.

Putin qeyd edib ki, buna cavab olaraq Baş Qərargah və Müdafiə Nazirliyi Ukrayna ərazisində “Oreşnik”lə vurula biləcək hədəfləri müəyyənləşdirir:

“Bunlar Kiyevdə qərar qəbuletmə mərkəzləri, hərbi obyektlər, müdafiə sənayesi müəssisələri ola bilər”.