Rusiyalı vətəndaşların təxliyəsi üçün nəzərdə tutulan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Lənkəran hava limanına eniş edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baku TV” məlumat yayıb.
Bildirilib ki, bir müddət əvvəl “Astara” Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 126 Rusiya vətəndaşı təxliyə edilib.
Qeyd edək ki, təxliyə Rusiya Prezidenti Vladimir Putinin göstərişi əsasında təşkil olunub.
Son xəbərlər
Son Xəbərlər