Rusiya ilə sərhəddə bunkerlər yaradacaqlar

rusiya-ile-serhedde-bunkerler-yaradacaqlar
Oxunma sayı: 641

Estoniya Baltik müdafiə kəmərinin infrastrukturunun inkişafı çərçivəsində Rusiya ilə sərhəddə 150-dək bunker inşa etmək niyyətindədir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Estoniyanın ERR teleradio portalı ölkənin müdafiə naziri Martin Heremə istinadən məlumat yayıb.  

“Bunkerlərin təxminən 100-ü dövlət, təxminən 50-si isə bələdiyyə və ya şəxsi torpaqlarda yerləşəcək”, - nazir bildirib. 

Nazir həmçinin Müdafiə Nazirliyinin təsdiqlədiyi gənclər siyasəti çərçivəsində növbəti 4 il ərzində hərbi-vətənpərvərlik təşkilatlarının fəaliyyətinin maliyyələşdirilməsi və dronların idarə edilməsi üzrə təlimlərin artırılacağını söyləyib.