Rusiya ordusuna qoşulan ukraynalıların əmlakı müsadirə olunub

rusiya-ordusuna-qosulan-ukraynalilarin-emlaki-musadire-olunub
Oxunma sayı: 392

Ukrayna hakimiyyəti Çerniqov vilayətini tərk edərək Rusiya Silahlı Qüvvələrinin sıralarına qoşulan vətəndaşların əmlakını müsadirə edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya güc strukturlarındakı mənbə məlumat verib.

Məlumata görə, söhbət Qorsk kəndindən olan 34 yaşlı Vasily Brojko və 29 yaşlı Nikolay Prusdan gedir. Brojko Rusiya ordusunda xidmət edərək Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak edib. Ukrayna məhkəməsi onu əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edib.

Digər şəxs – Nikolay Prus isə “xüsusi hərbi əməliyyat” başlayana qədər mişarxanada çalışıb. Mənbənin bildirdiyinə görə, o, Rusiya hərbçilərinə köməklik göstərib və yerli sakinləri Rusiyanın lehinə təbliğ edib. Daha sonra Rusiyaya köçərək hərbi xidmətə başlayıb, Luqansk və Xarkov vilayətindəki döyüşlərdə iştirak edib.

Xatırladaq ki, iyunun sonunda Ukrayna Dövlət Əmlak Fondu rusiyalı bloqer və dizayner Artemi Lebedevə məxsus Kiyevdəki iki mənzili məcburi şəkildə hərracda satışa çıxarıb. Şevçenko və Qoloseyevski rayonlarında yerləşən mənzillərin sahəsi 138.5 və 193.2 kvadratmetr təşkil edir. Mənzillərin ilkin satış qiyməti müvafiq olaraq 236 min və 315 min dollar müəyyən edilib.