ABŞ Prezidenti Donald Tramp ölkələr arasında sülh sazişinin əldə olunmaması səbəbindən Rusiya və Ukraynaya 200 faizlik ticarət rüsumlarının tətbiq edilməsinə layiq olduqlarını bildirib.
“Qafqazinfo” “Clash Report”a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı bəyan edib.
Tramp tarif siyasətinin münaqişələrin dayandırılmasında effektiv vasitə olduğunu iddia edib:
“Biz tariflər sayəsində beş müharibəni dayandırdıq. Mən dedim ki, əgər döyüşməyə davam etsəniz, sizə 200 faizlik tarif tətbiq edəcəyik və onlar dayandılar. Yəqin ki, biz bunu dərhal Ukrayna və Rusiya ilə də etməliyik. Əvvəllər bu barədə heç düşünməmişdim”.
Bununla belə, ABŞ dövlət başçısı bu addımın effektivliyinə şübhə ilə yanaşdığını da gizlətməyib. O, Birləşmiş Ştatların Rusiya və Ukraynadan “çox az şey” satın aldığını diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər