Rusiya vətəndaşlarına çağırış etdi - “Azərbaycan vasitəsilə İrandan çıxın”

rusiya-vetendaslarina-cagiris-etdi
Oxunma sayı: 1739

Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına müraciət edərək onlara Azərbaycan və Ermənistan ərazisi vasitəsilə ölkəni tərk etməyi tövsiyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının yaydığı rəsmi bəyanatda deyilir.

Səfirlik bildirib ki, hazırda İrandan çıxmaq üçün ən optimal marşrutlar Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana, eləcə də “Nurduz”/”Aqarak” buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçməkdir. Diplomatik nümayəndəlik vətəndaşlarından hərəkət zamanı maksimum dərəcədə ehtiyatlı və sayıq olmalarını xahiş edib.

Qeyd edək ki, sözügedən xəbərdarlıq bu gün səhər saatlarında İsrail və ABŞ-nin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatdan sonra yaranmış gərgin vəziyyətlə əlaqədardır. Rusiya tərəfi artıq öz vətəndaşlarına hərbi və dövlət obyektlərindən uzaq durmağı, həmçinin imkan daxilində ölkəni tərk etməyi tapşırıb.